Riyaziyyat müəllimlərinin I Bakı forumu

        Noyabrın 26-da 20 nömrəli məktəb-liseydə riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib. Forumda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil məktəblərindən 300-ə yaxın riyaziyyat müəllimi iştirak edib. Məktəbin müəllimlərindən Könül Səfiyeva, Gülnar Məmmədova da forumda iştirak ediblər.
        Forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva riyaziyyatın fəlsəfənin özəyi olduğunu söyləyib. Rəqəmsal dövrdə yaşadığımızı vurğulayan M.Vəliyeva riyaziyyatın tədrisində yeni yanaşmaların vacibliyindən söz açıb. Qeyd edib ki, inkişaf etmək üçün müasir dövrlə ayaqlaşmaq, beynəlxalq təcrübələrdən faydalanmaq lazımdır.
        Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu riyaziyyat müəllimlərinin şagirdlərin gələcək həyatlarında vacib rola malik olduğunu deyib. Riyaziyyat müəllimlərinə dərin müşahidəçi olmağı tövsiyə edən nazirlik rəsmisi müəllimlərə tədris zamanı qrup işindən yararlanmağın əhəmiyyətindən danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi