"Zərərli vərdişlərə yox deyək"

        25 noyabr tarixində məktəbin psixoloqu Mehriban Həsənova VII-IX siniflərlə "Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici seminar keçirib. Seminarda müəllimlər, şagirdlər, məktəb rəhbərliyi iştirak edib.

        Mehriban xanım şagirdlərə zərərli vərdişlər, onların orqanizmdə törətdiyi fəsadlar, bu vərdişlərdən qurtulma yolları haqqında məlumat verib. Daha sonra uşaqlara hazırladığı sualları təqdim edib və aktiv müzakirə açıb.

        Məktəbin direktoru Nəcibə Axundova da öz növbəsində uşaqlara mövzu ətrafında fikirlərini bildirib, valideyn, məktəb, şagird üçbucağının düzgün qurulmasına toxunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi