Növbəti Pedaqoji Şura iclası

        24 iyun tarixində pedaqoji şuranın növbəti yekun iclası keçirilib. Gündəlikdə duran məsələlər 2021-2022-ci tədris ilinin yekunları, qarşıda duran hədəflər, şagirdlərin sinifdən sinifə keçirilməsi, IX XI siniflərin buraxılış imtahanlarının nəticələri, məktəbdə psixoloji xidmətin təşkili və tərbiyə işinin təşkili, sinifdən xaric tədbirlərin hesabatı və digər cari məsələlər ilə bağlı idi. İclas Dövlət Himninin çalınması ilə başlayıb. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək bildirib ki, 2021-2022-ci ildə məktəbdə tədris və təlim-tərbiyə prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmr və təlimatlarına əsasən təşkil olunub. Məktəbdə psixoloji işin təşkili, şagirdlərin təhlükəsizliyi və sağlamlığı, tədrisin keyfiyyəti, şagirdlərin təlim nəticələrinin artırılması proritet istiqamətlər olub. Rəhman Hacıyev istedadlı şagirdlərlə bağlı işin təşkilinin nəticələri barədə danışıb. Olimpiadada iştirak edən şagirdlərin uğurları barədə məlumat verib.

        Gündəlikdə duran məsələlər müzakirə olunub. Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təlimatlarına uyğun olaraq məktəbdə həyata keçirilən layihələrdə "Zəfər ili" çərçivəsində "Şuşa ili" çərçivəsində görülən işlərdə fəal iştirak edən sinif rəhbərləri, müəllimlər diplomla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi