Yaşıl layihə: "Təbiəti qoruyanlar" layihəsi

        Şagirdlərin ekoloji maarifləndirilməsi,ətraf mühitin və ekologiyanın mühafizəsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə Bakı şəhəri Təhsil İdarəsinin F-138 №li əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilməkdədir. İyunun 13-ü tarixində tərbiyə işləri üzrə direktor müavini Nərmin Muradovanın təşkilatçılığı ilə ibtidai sinif şagirdlləri və ibtidai sinif müəllimi Həqiqət Quliyeva ilə birllikdə məktəb ərazisində quşları qorumaq və qayğılarına qalmaq məqsədilə quş yuvaları hazırlanıb, ağaclardan asılıb.
    Həmçinin müəllimlər bərk məişət tullantılarının idarə edilməsinin, xüsusilə də məişət tullantılarının çeşidlənməsinin qlobal problemə çevrildiyini və bu istiqamətdə söhbətlər aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi