VII A sinfi ilə "Təbiəti qoruyanlar" adlı layihənin icrası

    Bakı şəhəri Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmiş “Təbiəti qoruyanlar” adlı layihənin icrası istiqamətində tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq məktəbin VII A sinif şagirdləri biologiya fənnini tədris edən Zümrüd Novruza və tərbiyə işləri üzrə direktor müavini Nərmin Muradovanın  təşkilatçılığı ilə "Bakı Zooloji Parkı"na ekskursiya ediblər. Ekskursiyanın məqsədi şagirdləri  heyvanların müxtəlif növü ilə əyani tanış etmək və onlara heyvanat aləmi haqqında əhatəli məlumat vermək olub. Şagirdlər ekskursiyada böyük həvəslə iştirak ediblər və orada olarkən heyvanlar haqqında bildiklərini bir-biri ilə bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi