Məmmədov Kənanın “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük ikinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstəriblər.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən şəhidlərimizin qanı yerdə qalmadı. Qəhrəman Ordumuz bütün şəhidlərimizin qisasını alaraq, düşməni darmadağın edib, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, torpaqlarımız otuz illik işğaldan sonra azadlığa qovuşub.
Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bu şərəfli mükafata layiq görülən hərbi qulluqçular sırasında məktəbimizin fiziki tərbiyə müəllimi Məmmədov Kənan Sucəddin oğlu “Füzulinin azad olunmasına görə” medal ilə təltif olunub.
Məktəbimizin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev başda olmaqla bütün məktəb kollektivi bu sevindirici və qürurverici xəbərə çox seviniblər.
Biz sizinlə qürur duyuruq, Vətənimizin qeyrətli oğulları!