31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa”

31 mart 2022-ci il tarixdə məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək bildirdi ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir. Qeyd olunub ki, bu həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. Soyqırım yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alıb. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Sonra məktəbin tarix müəllimi Arzu Həsənova “31 Mart soyqırımı” mövzusunda çıxış edərək qeyd etdi ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçirmişlər.nErmənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilib. 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan torpaqlarından qovulub Tədbirdə şagirdlər hadisə ilə bağlı fikirlərini bildirmiş, bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.