“Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib?”

28 fevral tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023 illər üçün Dövlət Proqramı” na uyğun olaraq “Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib?” mövzusunda yarış keçirilib. Yarışın keçirilməsində məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq və istedadlı uşaqları müəyyən etməkdən ibarətdir.
25 nəfər sinif şagirdinin cəlb olunduğu yarışda uşaqlar yol hərəkəti qaydalarına aid biliklərini yazılı surətdə cavablandırıblar və münsiflər heyəti tərəfindən ilk 3 yerin qalibi müəyyənləşdirilib. Məktəbimizin II A sinif şagirdləri də qaliblər arasındadır.
Şagirdlərimizi təbrik edir, onlara müvəffəqiyyıtlər arzu edirik !