Xocalı soyqırımının 30-cu ildönümü

        Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məktəbimizin şagirdləri "Memorial Soyqırım Muzeyi"nə ziyarət ediblər.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilib.

        Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verilib. Şagirdlər muzeyin akt zalında Xocalı soyqırımından bəhs edən videoçarxa baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi