"Xocalı faciəsini unutmayaq !

           Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tarix müəllimi Arzu Həsənovanın təşkilatçılığı ilə V “A” sinfində "Xocalı faciəsini unutma" adlı tədbir keçirilib. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğ edilməsi, vətənpərvərlik tərbiyə işinin gücləndirilməsidir. Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Arzu müəllimə Xocalı faciəsi, bir gecənin içində Xocalı şəhəri yerlə-yeksan edilməsi, şəhəri tərk etmək istəyən əhalinin vəhşicəsinə öldürülməsi, onlara qarşı amansızcasına divan tutulması, soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımızın əsir düşməsi, dağlara, meşələrə qaçan əhalinin soyuqdan, şaxtadan məhv olunması, günahsız körpələrin qətlə yetirilməsi haqqında məlumat verib. Şagirdlər ədəbi-bədii kompozisiya göstərdilər, şeirlər söyləyiblər. Sonda bir daha vurğulayıb ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi