"Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı"

20 dekabr tarixində məktəbin psixoloqu Mehriban Həsənova valideynlərlə görüş keçirib. Görüşdə "Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı" mövzusunda söhbət aparılıb. Məqsəd valideynləri psixoloji maarifləndirmək, valideyn-şagird münasibətində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara kömək edən məsləhətlərin verilməsindən ibarət idi. Görüşdə eyni zamanda, valideyn olaraq övladlarına bu keşməkeşli yaş dövründə necə dəstək ola biləcəkləri ilə bağlı tövsiyyələr də verilib. Mehriban Həsənova mövzu ilə bağlı hazırladığı təqdimatı nümayiş etdirib. Sonda valideynləri narahat edən suallar cavablandırılıb.