Dahi şəxsiyyətin Anım günü

Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir !
Heydər Əliyev görkəmli dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 18 il ötür.
Dahi şəxsiyyətin anım günü əlaqədar olaraq, məktəbimizin müəllim və şagird kollektivi xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.