"Zərərli vərdişlər və onlarla mübarizə"

        24 noyabr tarixində zərərli vərdişlər və onların törətdiyi fəsadlara qarşı şagirdlər arasında maarifləndirmə işinin və profilaktikasının gücləndirilməsi məqsədilə tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli və məktəbin psixoloqu Mehriban Hasanova məktəbin akt zalında "Zərərli vərdişlər və onlarla mübarizə" mövzusunda tədbir keçirib. Tədbirdə narkomaniyanın artımı, eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlər əks olunub. Qeyd olunub ki, belə vərdişlərdən yaxa qurtarmağın yolu yaxşı vərdişlərə yiyələnməkdir. Sonda mövzu ilə əlaqədar şagirdləri maraqlandıran suallar cavablandırılib və təqdimat nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi