Bakı Beynəlxalq Kitab Sərgisi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində dahi şair Nizami Gəncəviyə həsr olunmuş, uşaqlar üçün maraqlı tamaşaların və proqramların nümayiş olunduğu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil edilib. 50-dən artıq yerli və xarici nəşriyyat qurumlarının üzvləri, bir çox təhsil müəssisəsindən şagird və müəllimlərin iştirakı ilə baş tutan sərgidə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli, uşaq birliyinin təşkilatı rəhbəri Aysel Qəribova, musiqi müəllimi Əsmər Ələkbərova və VII-VIII sinif şagirdləri iştirak ediblər.
Sərgi şagirdlərin böyük marağına səbəb olub.