#QarabağAzərbaycandır!

27 sentyabr #VətənMüharibəsi Şəhidlərinin #AnımGünüdür.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün #Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
#QarabağAzərbaycandır
#YaşasınAzərbaycan
Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, uşaqlara vətənpərvərlik hissinin aşılanması məqsədi ilə məktəbdə "Şəhidlər ölməz, Vətən bölünməz” adlı guşələr yaradılıb. Məqsəd şəhidlərimizin qəhrəmanlığının gənc nəsillərə örnək olması və onların adlarının yaşadılmasıdır.
Allah Şəhidlərimizə rəhmət eləsin !