Növbəti Pedaqoji Şura

        2021-2022-ci dərs ilinin başlanması ilə əlaqədar pedaqoji şura iclası keçirilib. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev iclasda çıxış edərək kollektivi salamlayıb və zəfər ətirli yeni tədris ilində işlərində uğurlar arzulayıb.
        Pedoqoji şuranın gündəliyində duran əsas məsələlər Təhsil işçilərinin sentyabr konfransında səsləndirilən hədəflər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmr və təlimatlarından irəli gələn məsələlər olub. İlk olaraq pedoqoji şuranın katibi seçilib. Pedoqoji şuranın illik iş planı və məktəbin illik fəaliyyət planı müzakirə edilib və təsdiq olunub. Pedaqoji Şurada qarşıda duran vəzifələr və nailiyyət haqqında çıxışlar dinlənilib. 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin səmərəli və effektiv təşkili üçün qərarlar qəbul edilib. Müəllimlərin dərs yükü, dərs cədvəlləri, siniflərin komplektləşdirilməsi, təmayül siniflərinin təşkili və digər məsələlərin təsdiqi qəbul olunub.
        Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2021-2022 – ci tədris ilinin “Zəfər” ili elan edilməsi diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi