“Azərbaycan Milli Mətbəxi” adlı rəsm müsabiqəsi

Bu il Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 yaşı tamam olub.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən məktəblilər arasında 28.01-15.03.2021 tarixlərində keçirilən “Azərbaycan Milli Mətbəxi” adlı rəsm müsabiqəsinin qalibləri müəyyən edilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş rəsm müsabiqəsi Azərbaycan milli mətbəxini gənc nəsilə tanıdılması və bu sahəyə məktəblilər arasında marağın artırılması məqsədi ilə keçirilib. Qeyd edək ki, "Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi əsasən “Qarabağın elat mətbəxi”, “İrəvan xanlığının elat mətbəxi”, “Azərbaycan Milli Kulinariya Mərkəzi”, “Azərbaycan Milli Mətbəxi - Azərbaycan Milli Kulinariya Assosiasiyası” adlı mövzuları əhatə edib.
Qiymətləndirməyə əsasən kiçik yaş qrupları arasında məktəbimizin II A sinif şagirdi Ayxan Məmmədli "Qarabağ elat mətbəxi" mövzusu üzrə II yerə layiq görülüb.
Məktəb kollektivi adından qalibimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq !