"İmtahan stressin aradan qaldırılması" adlı görüş

        Məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbin psixoloqu Mehriban Həsənova 29.04.2021 tarixində IX-XI sinif şagirdləri ilə imtahanqabağı həyəcan və stressin azaldılması məqsədilə "İmtahan stressin aradan qaldırılması" adlı görüş keçirib. 
      Seminarın əsas məqsədi şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarət olub.
 Şagirdlərlə stresin və həyəcanın aradan qaldırılması və onlarda özgüvənin artırılması barədə söhbət aparılıb, şagirdin qidası, stressi aradan qaldırmaq gimnastikası və digər məsələlər müzakirə olunub.
      Stress, qayğılar, depressiya, yorğunluğun aradan qaldırılması üçün keçirilən təlim şagirdlərdə imtahanqabağı bir motivasiya olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi