Növbəti Pedaqoji Şura iclası

10 Aprel tarixində məktəbin müəllim kollektivi ilə onlayn şəkildə Pedaqoji şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev iclasın gündəliyi ilə müəllimləri tanış edib.
İclasda çıxış edən Rəhman Hacıyev distant təhsilin səmərəli təşkili, dərs cədvəllərinin distant təhsil qaydalarına uyğun tərtibi, məktəb kollektivinin vaksinasiyası, “Onlayn dərs” müsabiqələrinin gedişatı, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamı və s barədə fikirlərini bildirib.
Daha sonra iclasda Azərbaycan Respublikası Təhsil nazirinin 01 aprel 2021-ci il tarixli F-132 nömrəli əmrinə əsasən xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə qərarına əsasən 5 aprel tarixdən tədrisin və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi üçün məktəbin müəllimlərinə mühüm təlimatlar verilib.
Qeyd edildi ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək, müəllimləri maraqlandıran suallar cavablandırılıb.