“Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir”

Aprel döyüşləri bizim şanlı-hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
34 nömrəli tam orta məktəbin illik fəaliyyət planına müvafiq olaraq gənc nəsli dövlətçilik ruhunda tərbiyə etmək, məktəblilərdə hərbiçilərimizin döyüş yolu və aprel döyüşlərində qazanılan qələbələrə görə iftixar hissinin artırılması məqsədilə, tarix fənnini tədris edən Arzu Həsənova VIII A sinfində dərsi “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusuna həsr edib.
O, şagirdlərə Aprel döyüşləri, Aprel qələbəsi, azad olunmuş ərazilər, yüksəkliklər, şəhidlərimiz, Aprel döyüşlərinin yaralananlara və xəsarət alanlara dövlət qayğısı, Mehriban Əliyevanın şəhid ailələrinə dəstəyi, Qarabağın əzəli torpağı olması haqqında geniş məlumat verib.