“Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir

      30 mart tarixində məktəb rəhbərliyinin təşəbbüsü və məktəbin psixoloqu Mehriban Həsənovanın təşkilatçılığı ilə VII-IX siniflərdə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli, uşaq birliyi rəhbəri Aysel Qəribova, məktəbin həkimi Sevinc Ələkbərova və digər məktəb əməkdaşları və şagirdlər iştirak edib.
      Psixoloq, məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edib.
     Tədbirin məqsədi məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində şagirdləri maarifləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi