Xocalı Soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir

Məktəbdaxili Fəaliyyət Planına uyğun olaraq fevralın 26-da V- IX sinif şagirdləri arasında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda virtual rəsm sərgisi keçirilib. Məktəblilər çəkdikləri rəsmlərdə düşmənin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı böyük ürək ağrısıyla kağız üzərində əks etdiriblər. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Şagirdlər 26 Fevral Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağlasığmaz bir cinayət olduğunu öz rəsmlərində əks etdirərək bu mövzuda bədii kompazisiyalar da hazırlayıblar. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.