Beynəlxalq Ana Dili Günü

21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü”-dür. Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir.
“Beynəlxalq Ana Dili Günü” münasibətilə 19 fevral II “A” sinfində, ibtidai sinif müəllimi Salatın Həsənovanın təşkilatçılığı ilə “Dilimiz varlığımızdır” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi, ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.
Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.