Növbəti Pedaqoji Şura iclası

         20 fevral I yarımilin yekunu, II yarımildə qarşıda duran məsələlər ilə bağlı, Pedaqoji Şura iclası keçirilib.
 Pedaqoji Şura iclası, məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevin çıxışı ilə başlayıb. O pedaqoji heyəti salamlayıb və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırıb. Rəhman Hacıyev “Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı”, BŞTİ-nin mövcud pandemiya qaydaları ilə bağlı əmr və sərəncamlarını pedaqoji şura üzvlərinə çatdırıb. O, şagirdlərin mövcud qaydalara uyğun olaraq distant (məsafədən) dərslərə cəlb olunmasına və teledərslərin imkanlarından istifadə etmələrinin vacib olduğunu vurğulayıb
        İclasda, buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən qiymətləndirmənin nəticələri müzakirə edilib. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verilib. Bununla yanaşı 2020-2021- ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırılıb.
        2020-2021- ci dərs ilində IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edilib.
        I yarımildə Təhsil Nazirliyi Kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ – 01 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na uyğun olaraq şagirdlərin məktəbdaxili qiymətləndirməyə cəlb olunması məsələləri ilə bağlı hesabatlar dinlənilib.
        Məktəb rəhbərlərinin hesabatları və şura üzvlərinin təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
Sonda məktəbin direktoru Rəhman Hacıyev çətin şəraitdə işinin öhdəsindən məsuliyyətlə və peşəkarcasına gələn müəllimlərə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi