“Nəriman Nərimanovun 150 illiyi”

      Yanvarın 23-ü tarixində Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Əlizadə VI “A” sinfində onlayn qaydada açıq dərs keçirib. 
     “Nəriman Nərimanovun 150 illiyi” mövzusunda hazırlanan videoçarx nümayiş olunub və şagirdlərin diqqətinə çatdırılıb ki, Nəriman Nərimanov böyük maarifçi, əsl xalq adamı, xalqını sevən Vətən övladı idi. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, xalqımızın sosial rifah halını yaxşılaşdırmaq, xalqlar dostluğunu bərqərar etmək Nəriman Nərimanovun narahat ömrünün mənasına çevrilmişdi.Nəriman Nərimanovun dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr verib.
      Tədbirdə iştirak edən şagirdlər yazıçının əsərlərindən və Nəriman Nərimanova həsr edilmiş filmdən söhbət açıblar və təqdimatlar nümayiş etdiriblər.
Onlayn formatda keçirilən dərsin əsas məqsədi Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, xatirəsini əziz tutmaq, həmçinin uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi