“Əsgərə məktub” layihəsi

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində məktəbin V “B” şagirdlərinin əsgərlərə ünvanladıqları məktublara cavab gəlib. Körpə qəlblərdən süzülərək gələn cümlələr cavab videosundan da göründüyü kimi əsgərlərdə böyük ruh yüksəkliyi yaradıb. 
        Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir.
        Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.

           Sizi V “B” sinif rəhbəri Könül Həsənovanın təşkilatçılığı ilə hazırlanan, əsgərlərimizin sevinci və şagirdlərimizin vətənpərvərlik ruhunu  özündə əks etdirən, dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda təqdim etdiyimiz “Qarabağ Azərbaycandır” adlı  videoçarxı izləməyə dəvət edirik.                                                                                                                                                                                                                                                                                                                                                                                               https://www.youtube.com/watch?v=0cFGDyRJJOY&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi