VI A sinfində "II Vətən müharibəsində Zəfərimiz!"

     Azərbaycan Respublikası Təhsil Nazirinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" haqqında "Fəaliyyət Planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrası məqsədilə 26 dekabr məktəb rəhbərliyinin təşəbbüsü ilə VI A sinif rəhbəri Həqiqət Babayevanın  təşkilatçılığı altında VI A sinfində "II Vətən müharibəsində Zəfərimiz!" adlı onlayn tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra, II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, adlarını Vətənin tarixinə qızıl hərflərlə yazan, könüllərdə taxt quran şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Bu gün biz şagirdlərimizin ifasında qələbə sevincimizi, ərazi bütövlüyümüzün bərpa edilməsinin fərəhini duyuran musiqiləri, şeirləri, çıxışları dinlədikcə onlarda olan vətən sevgisinin alovlarını gördük. Bununla bağlı şagirdlərimiz “Qarabağ Azərbaycandır” şüarı altında müxtəlif, gözəl layihələr hazırlamış, onları böyük fərəh və qürur hissi ilə təqdim ediblər. 
       Şagirdlərin Vətən müharibəsinə həsr edilmiş çıxışlarından ibarət video nümayiş etdirildikdən sonra söz məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevə verilib. O, çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyini bildirib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulayıb. O bildirib ki, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Bu yolda pedaqoji kollektivin də zəhməti böyükdür. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir. 
        Sonda Rəhman Hacıyev tədbirin ərsəyə gəlməsində əziyyəti keçən bütün müəllimlərə, valideynlərə eləcə də vətənpərvər ruhlu şagirdlərimizə təşəkkür etdi, bir daha hər kəsi möhtəşəm Qələbə münasibətilə təbrik edib.

       https://www.youtube.com/watch?v=4JniF3gYf-o&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi