"Şəhidlər bizim qürur yerimiz"

          Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq dekabrın 16-sı tarixində Bakı şəhəri 34 nömrəli tam orta məktəbin musiqi müəllimi Əsmər Ələkbərovanın təşkilatçılığı ilə  V A və V B sinfində  "Şəhidlər bizim qürur yerimiz" adlı onlayn tədbir keçirilib.
       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin başlanğıcında bu şərəfli günləri bizə yaşadan şəhidlərimiz, qazilərimiz və hələ də  Qarabağda olan əsgərlərimiz haqqında şagirdlərimizə geniş məlumat verilib. Əsmər Ələkbərova şagirdlərlə işğaldan azad olunan torpaqların təbiəti, musiqisi, insanlarının gözəl mədəniyyəti haqqında geniş söhbətlər aparıb. Tədbirdə şagirdlərin bir-birindən gözəl şeirləri, musiqi nömrələri nümayiş olunub.
         Tədbirə “Qarabağ Azərbaycandır” sədaları ilə yekun qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi