“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli Əmrə əsasən müsabiqənin ilk mərhələsi dekabrın 14-ü tarixində Microsoft Teams platformasında keçirilib. Yarışma məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli eyni zamanda, tarix fənnini tədris edən Günay Həsənova, Arzu Həsənova və Sahilə Məmmədova  tərəfindən təşkil edilib.
      Sual-cavab əsasında keçirilən məktəbdaxili mərhələdə 9-11-ci siniflər üzrə şagirdlər iştirak edib. Keçirilən müsabiqədə məktəb mərhələsində məktəbin 9-C  sinif şagirdi Şirin Allahquliyeva layiqincə iştirak edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi