Yüksək nəticə göstərən məzunlar

34 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir. Məktəb hər zaman olduğu kimi, yüksək nəticələrlə ictimaiyyət qarşısına çıxıb, daim yüksək pillədə qalmağı bacarıb. Bu uğurlar, uzun illər boyu gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan, ömrünün mənasını gələcək nəslin layiqli vətəndaş kimi yetişdirilməsində görən müəllimlərin əməyinə verilmiş ən gözəl mükafatdır.
Məktəbin məzunları, Dövlət İmtahan Mərkəzi tərəfindən I, II ixtisas qrupları üzrə 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarını müvəffəqiyyətlə verərək yüksək nəticələr əldə etdilər.
Aşağıda adları qeyd olunan məzunları kollektiv adından ürəkdən təbrik edir, onlara gələcək həyatlarında əvəzsiz müvəffəqiyyət arzu edirik.
* Əmirli Eltac I ixtisas qrupu üzrə 680 bal
* Miratayeva Günay II ixtisas qrupu üzrə 624 bal
* Mehdizadə Fidan II ixtisas qrupu üzrə 617 bal