#Virtual Son Zəng

   2019-2020-ci tədris ilinin virtual "Son zəng"i yaddaşlara həkk olunub. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq  ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olunub. Son zəngdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev və digər müəllimlər iştirak ediblər. Rəhman Hacıyev rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən söz açıb, cari tədris ilində fərqlənən şagirdləri xüsusilə təbrik edərək, bu il məzun olan bütün şagirdlərin hər birinin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərəcəyinə ümid etdiyini  bildirib. Qeyd edib ki, müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı öz gələcəyini xoşbəxt qurmağa çalışmalıdır.
   Çıxış edən digər müəllimlər də şagirdləri təbrik etməklə yanaşı məktəbin pedaqoji kollektivinə minnətdarlıqlarını bildirib və məzunlara nailiyyətlər arzulayıblar.
  Əziz məzunlar! İşiqlı gələcəyinizin təməlini qoyan qəbul imtahanlarında uğurlar arzu edir, yeni həyatınızın başlanğıcında sizlərə sağlam və xoşbəxt həyat diləyirik!
       Məktəbimizin məzunları timsalında bütün Respublikamızın məzunlarını təbrik edir və onlara müstəqil həyatda bol bol uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi