Müəllimlərin sertifikatlaşdırılması imtahanı

19-25 iyun 2025-ci il tarixində coğrafiya, kimya, biologiya, informatika və fizika, o cümlədən, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili ixtisası üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirildi. Məktəbin müəllimləri də imtahanda iştirak edərək yüksək nəticə əldə etdilər.
Hacıyeva Almaz (Fizika)-57 bal
Əbdüləlizadə Fidan (Coğrafiya)-56 bal
İbrahimova Esmira (Biologiya)-55 bal
Həsənova Sənubər (İngilis dili)-54 bal
Abdullayeva Əzizə (İbtidai sinif)-54 bal
Hümmətova Məleykə (Kimya)-53 bal
Hacıyeva Savad(ibtidai sinif)-53 bal
Baxşəliyeva Nigar(Fizika)- 52 bal
Həmçinin, Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Günel, informatika müəllimləri Mehdiyeva Əsli, Hacıyeva Səadət uğurlu nəticələri ilə mərhələni keçdilər.
Müəllimlərimizi bu uğur münasibəti ilə məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, onlara daha böyük uğurlara imza atmağı arzulayırıq.