9-cu siniflər üzrə buraxılış imtahanının nəticələri ilə əlaqəli iclas keçirilib

10 iyun 2025-ci il tarixində məktəbin 9-cu sinif şagirdlərinin buraxılış imtahlarının nəticələri məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən təhlil edilərək müzakirə olunub.
İclasda öncə 9-cu siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini tədris edən müəllimlərin şagirdlərin nəticələri ilə əlaqəli fikirləri dinlənilib, daha sonra növbəti tədris ili üçün qarşıda duran məsələlər qeyd olunub, onların həlli istiqamətində perspektiv planın qurularaq effektiv icra olunması tapşırılıb.