Pedaqoji Şuranın iclası keçirildi

İyunun 17-də 2024-2025-ci tədris ilinin yekununa dair pedaqoji şura keçirildi.
İclasda cari tədris ilinin 2-ci yarımili və yekunu, sinifdən- sinfə keçmənin vəziyyəti, qeyri-müvəffəq qiymət alaraq payız imtahanına qalan şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı, sinif rəhbərləri və fənn müəllimlərinə müvafiq tapşırıqlar verildi.
Həmçinin, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr ,o cümlədən fərqlənmə ilə bitirən şagirdlər haqqında məlumat verildi, cari tədris ilində əldə olunan nailiyyətlərdən bəhs edildi.
Müəllimlərin çıxışları dinlənildi.
Daha sonra məktəb rəhbəri 2024-2025-ci tədris ilində sertifikasiya imtahanında iştirak edəcək müəllimlərimizə uğurlar diləyib.