"Son zəng" tədbiri keçirilib

İyunun 14-də məktəbimizdə “Son zəng” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər,şagirdlər,o cümlədən valideynlər də iştirak edib.
Məktəb üzrə bu il 44 şagird məzun olur.
Məktəb rəhbərliyi tərəfindən
məktəbimizin 2024-2025-ci tədris ilində uğurları qeyd olundu.
Təhsil ocağının bir çox şagirdləri buraxılış imtahanlarında yüksək bal toplayıblar.
Tədbirdə tədris ilində davamiyyəti, bütün fənlər üzrə əldə etdiyi yüksək nailiyyət qiymətləri ilə fərqlənən şagirdlərə Diplomlar, şagirdlər isə məktəb rəhbərliyinə, sinif rəhbərlərinə, fənn müəllimlərinə Təşəkkürnamələr təqdim ediblər.
Rəsmi hissədən sonra məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Daha sonra duyğulu anların yaşandığı “Son zəng” çalınıb.
Əziz məzunlarımız, ümid edirik ki, bu gün məktəbdəki son zəngimiz, ancaq Ali məktəbdə çalınacaq daha neçə zənglərin başlanğıcı olacaq!
Ölkəmizə, xalqımıza, layiqli övlad olacaqsınız!
Yolunuz açıq olsun, əziz məzunlar...