Şəhidlərimizi qürurla anırıq

2020 – ci il sentyabrın 27- də Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmış və 44 gün ərzində mənfur düşmən məhv edilmişdir.

Məktəbimizdə 27 sentyabr tarixində sıra xətti zamanı məktəbin direktoru Taleh müəllim Şahbazov Vətən müharibəsi və Qarabağda lokal antiterror əməliyyatları haqqında məlumat verib, müqəddəs şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin Şəhid məzunları Vüsal İsmayılzadə və Əmrah Əkbərov yad edilib, məktəbin foyesində olan Şəhidlər guşəsinə  tər qərənfillər düzülüb.

Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim və Şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım tədbirdə çıxış edərək şəhidlərimizə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi