Yaşıl dünya naminə sağlam həyat

Məktəbimizdə “ Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində işlər davam etdirilir.  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinin səmərəli təşkili ilə bağlı əmrinə əsasən  məktəbimizdə 16 sentyabr 2024-cü il  tarixində 4A sinfində ilk dərs saatı “ COP 29 ” və “ Yaşıl dünya naminə həmrəylik ili ”nə həsr olunub. Sinif müəllimi Aybəniz Həsənova və məktəbin psixoloqu Rəna Əliyeva tərəfindən uşaqlara iqlim dəyişmələrindən, tullantıların təkrar emalından, təbii sərvətlərin səmərəli istifadəsindən və ətraf mühitin mühafizəsi üzrə son illərdə dünya ölkələrində görülən işlərdən ətraflı məlumat verilib.

Məktəbin psixoloqu Rəna Əliyeva ətraf mühitin mühafizəsi üzrə görülən işlərin insan həyatında nə qədər vacib olması ilə bağlı psixoloji əsaslandırmanı şagirdlərin diqqətinə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi