Pedaqoji şuranın iclası

Respublikanın hər bir məktəbində yeni tədris ilinin başlamasına hazırlıq işləri gedir. 13 sentyabr 2024-ci il tarixində Bakı şəhəri 322 nömrəli tam orta məktəbdə Pedaqoji şura iclası keçirilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov iclasın gündəliyində olan məsələlərlə müəllimləri tanış edib. 2024 - 2025 - ci tədris ilində qarşıda duran hər bir məsələ müzakirə edilib. Məktəbin yeni işə təyin olunan fənn müəllimləri kollektivlə tanış edilib. Pedaqoji şura iclasında məktəbin tədris ilinə hər cəhətdən hazır olduğu qərara alınıb. Pedaqoji şura iclasının yekununda məktəbin direktoru Taleh Şahbazov hər bir müəllimə 2024 - 2025 - ci tədris ilində müvəffəqiyyətlər arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi