Pedaqoji şuranın iclası

Məktəbimizdə 28.06.2024 – cü il tarixdə pedaqoji şuranın iclası keçirilib. İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə olunub.

Məktəbin direktoru Taleh müəllim Şahbazov pedaqoji şuranın gündəliyi ilə kollektivi tanış edib.

Gündəlikdə duran məsələlər:
1. 2023-2024-cü tədris ilinin II yarımilinin nəticələrinin və illik yekunun, Fəaliyyət planının həyata keçirilməsinin vəziyyətinin müzakirəsi.
2. XI sinfi bitirmiş məzunlara tam orta təhsil verilməsi haqqında attestatların verilməsi.
3. IX sinfi bitirmiş məzunlara ümumi orta təhsil verilməsi haqqında attestatların verilməsi.
4. Məktəb invertarlarını qorunmasının və monitorinqlərin nəticələrininin müzakirəsi.
5. 2023 – 2024 - cü tədris ilinin may və iyun aylarında eləcə də ilboyu müəllim və şagirdlərin nizam - intizam qaydalarının və dərsə dəvamiyyətinin nəticələrinin müzakirəsi.
6. III - IV siniflərdə aparılmış monitorinqlərin müzakirəsi.
7. Məktəb üzrə psixoloji xidmətin təşkilinin vəziyyəti.
8. 2024 – 2025 - ci tədris ilinə hazırlıq, görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi, dərs bölgüsü.
9. Cari məsələlər - kitabların qaytarılması.

Pedaqoji şuranın gündəliyində olan məsələlər müzakirə olunub və yekun qərar qəbul edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi