ÜMUMDÜNYA PSİXİ SAĞLAMLIQ GÜNÜ

1992 - ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu günün qeyd olunması psixi sağlamlığın problemləri, bu problemlərin profilaktik üsulları barədə ictimayyətin, təhsil alanların məlumatlılığının artırılması məqsədi ilə həyata keçirilir.                                       

10.10.2024 tarixində məktəbin psixoloqu Rəna Əliyeva ibtidai sinif şagirdləri və yuxarı yaşlı məktəblilərlə maarifləndirici seminar təşkil edib, şagirdlərlə psixoloji sağlamlıqla bağlı slaydlar, videolar nümayiş etdirilib, bu mövzuda diskussiya aparılıb.
         Müasir dünyada hər dörd nəfərdən biri psixoloji gərginlikdən əziyyət çəkir. Bu gərginlik həyat fəaliyyətinin zəifləməsinə, sosial münasibətlərin azalmasına səbəb olur. İcazə verməyək ki, bu gərginlik həyatımızı boz rəngə boyasın.            

HƏRƏKƏTDƏ OL, HƏYATI SEV, GÜLÜMSƏ.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi