BİLİK GÜNÜ

Bu gün 16 sentyabr Azərbaycan Respublikasının hər bir məktəbində “ Bilik Günü ” qeyd olunur. Məktəbimizdə “ Bilik Günü ” təntənəli şəkildə qeyd olunub.

“ Bilik Günü ” tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbirdə Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim və Şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım iştirak ediblər.

Tədbiri açıq elan edən məktəbin direktoru Taleh müəllim Şahbazov 2023/2024 - cü tədris ilində qazanılan uğurları qeyd edib. Qarşıdan gələn  2024/2025 - cİ tədris ilində hər bir müəllimə və şagirdə uğurlar arzulayıb. Tədris ilinin ərzində “ Yaşıl Dünya naminə həmrəylik ili ”nə aid görüləcək işlər haqqında məlumat verib.

2024/2025 - cİ tədris ilində məktəbin 1 - ci siniflərinə 215 şagird qəbul edilib.

Məktəbin bütün şagirdləri məktəbə qəbul edilmiş, dərsliklərlə təmin olunmuş, qarşıya çıxan suallar cavablandırılmış və  dərs məşğələləri cədvələ uyğun başlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi