Şəhid anası ilə görüş

Məktəbimizdə hər bir şəhid ailəsinə həmişə diqqət və qayğı ilə yanaşılır.

29 sentyabr 2023 – cü il tarixində məktəbimizin Şəhid məzunu Əmrah Əkbərovun anası Dürdanə xanımla görüş keçirilmişdir.

Məktəbin direktoru Taleh müəllim Şahbazov Dürdanə xanımı oğlu Şəhid Ə.Əkbərovun adını daşıyan – yenidən təmir olunmuş sinif otağı ilə tanış etmiş, “ Şəhidlər Parkı ”nın daim diqqət mərkəzində olduğunu bildirmişdir.

Məktəb rəhbərliyi, müəllimlər Şəhid anası Dürdanə xanımla birlikdə məktəbin foyesində Şəhidlər Əmrah Əkbərovun və Vüsal İsmayılzadənin xatirəsinə yaradılmış “ Şəhidlər Guşəsi “nə tər çiçəklər düzmüşlər.

Şəhid anası Dürdanə xanım göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi