Pedaqoji şuranın iclası

         Ölkəmizin hər bir məktəbində yeni tədris ilinin başlamasına hazırlıq işləri gedir. 14 sentyabr 2023-cü il tarixində Bakı şəhəri 322 nömrəli tam orta məktəbdə Pedaqoji şura iclası keçirilib.

          Məktəbin direktoru Taleh müəllim Şahbazov iclasın gündəliyində olan məsələlərlə iştirakçıları tanış etmişdir. 2023 - 2024 - cü tədris ilində qarşıda duran hər bir məsələ müzakirə edildi. Məktəbdə yeni işə təyin olunan fənn müəllimləri kollektivlə tanış edilib. Yeni təyinat alan fənn müəllimləri " Müəllim andı " içmişlər. Pedaqoji şura iclasında  məktəbin tədris ilinə hər cəhətdən hazır olduğu qərara alınıb. Pedaqoji şura iclasının yekununda məktəbin direktoru Taleh Şahbazov hər bir müəllimə 2023 - 2024 - cü tədris ilində müvəffəqiyyətlər arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi