Məktəbimizdə Son Zəng

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmrinə əsasən hər il 14 iyun tarixində respublika məktəblərində “ Son Zəng ” tədbiri keçirilir.

Məktəbimizin 187 şagirdi 2022/2023 – cü tədris ilinin 11 – ci siniflərindən məzun olmuşlar.

Məktəbimizdə təşkil edilən “ Son Zəng “ tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin və Buzovna Qəsəbə Nümayəndəliyinin əməkdaşları, Şəhid anaları, müharibə iştirakçıları, Qəsəbənin idarə, müəssisə rəhbərləri, ağsaqqallar iştirak etmişlər.

“ Son Zəng ” tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

“ Son Zəng ” tədbirini açıq elan edən məktəbin direktoru Taleh müəllim Şahbazov tədbirdə iştirak edən qonaqları təqdim etmiş, tədris ili ərzində məktəbin fəaliyyətindən danışıb.

Məzunlar hazırladıqları rəqs, mahnı və ədəbi – bədii kompozisiyalar nümayiş etdirmişlər.

Şəhid V.İsmayılzadənin anası Lalə müəllim, şəhid Ə.Əkbərovun anası Dürdanə xanım və digər qonaqlar çıxış edərək məzunlara öz arzularını bildiriblər.

“ Son Zəng ” tədbirinə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov “ Buraxılış imtahanı ”nda 200 balı keçən 13 şagirdə “ Fəxri Fərman ” təqdim etmiş və bütün məzunlara gələcək həyatlarında uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi