Nümunəvi dərs

Məktəbimizdə “ Fənn aylıqları “ ardıcıl şəkildə davam etdirilir.

25 may 2023 – cü il tarixində coğrafiya fənn müəllimi Təranə Hacıyeva 8a sinif şagirdləri ilə nümunəvi dərs təşkil etmişdir. Dərsin mövzusu “ Ətraf mühitin mühafizəsi yolları “ olmuşdur. Nümunəvi dərs açıq havada təşkil edilmiş, müəyyən işlərin şagirdlər tərəfindən praktik cəhətdən icra edilməsinə nail olunmuşdur. Dərs zamanı məktəbimizin şəhidləri Vüsal  İsmayılzadə və Əmrah Əkbərovın xatirəsinə, həm də məktəbin həyətyanı sahəsində salınmış “ Şəhidlər parkı ”nda müqəddəs şəhidlərimizin xatirəsinə güllər əkilmişdir.

Nümunəvi dərsdə direktor müavinləri, şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim və digər fənn müəllimləri iştirak ediblər.

Müəllim nümunəvi dərsi məzmun standartlarına uyğun keçirmiş, mövzunu şagirdlərə mənimsətmiş və məqsədə nail olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi