Breyn Rinq

Bilik yarışları, idman yarışları, müsabiqələr, sərgilərin keçirilməsi məktəbimizdə ənənəyə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər sırasında “ Heydər Əliyev irsinin öyrənilməsi “ mövzusunda “ Breyn Rinq “ keçirilmişdir.

Breyn Rinq məktəbin tarix müəllimi N.İbrahimovun təşkilatçılığı ilə  IX sinif şagirdlərindən ibarət səkkiz komanda arasında keçirilib.

Yarışmanı məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət münsiflər heyəti izləmişdir.

Breyn Rinq yarışmasında 1 – ci yerə 9a sinif komandası, 2 – ci yerə 9c sinif komandası, 3 – cü yerə 9f sinif komandası layiq görülüb.

Qalib komandaları “ Fəxri Fərman ”la  mükafatlandıran məktəbin direktoru Taleh müəllim Şahbazov digər komandaları da yarışda iştirak etdiklərinə görə təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi