Bu gün 18 may ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib.

Monitorinq tədris dili , riyaziyyat və təbiət fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Mərkəz olaraq 90 şagird komputer əsaslı monitorinqə cəlb edilmişdir. Ümumilikdə 573 şagirdin iştirakı nəzərdə tutulmuşdur.
Monitorinqə 274 nömrəli tam orta məktəbin direktoru Nəriman Mürsaliyev rəhbərlik edirdi.
#ETN #MÜTDA #ARTİ #ÜmumiTəhsil #Monitorinq #VISinifMonitorinq #məktəb320 #məktəb274