Şagirdlərlə "imtahan həyacanına yox deyək" adlı təlim.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 17 may tarixində IV siniflər, 18 may tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.

"İmtahan Həyəcanı" mövzusunda keçirilmiş bu təlimin məqsədi 6-cı sinif şagirdlərində imtahanla bağlı yaranan stres və həyəcan hisslərini tanımaq, bu duyğularla sağlam şəkildə mübarizə aparmaq yollarını öyrətmək olmuşdur. Təlim zamanı interaktiv üsullardan istifadə edilmiş, şagirdlərlə müxtəlif psixoloji məşğələlər, nəfəs və rahatlama texnikaları, qrup müzakirələri təşkil olunmuşdur. Təlim nəticəsində şagirdlər imtahanla bağlı emosiyalarını ifadə etməyi, stressi idarə etmə üsullarını və müsbət düşüncə bacarıqlarını mənimsəmişlər. Təlim məktəbin psixoloqu Məhərrəmova Əfsanə, Kamalova Kamalə tərəfindən aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi