Dördüncülərlə "Doğru yalnış"oyunu.

Şagirdlərdə imtahanla bağlı yaranan həyəcan və gərginliyi azaltmaq, onlarda özünə inamı gücləndirmək və diqqət yönəltmə bacarığını inkişaf etdirmək məqsədilə şagirdlərlə “Doğru – yalnış” formatında oyun keçirildi. Suallar fənn bilikləri və psixoloji mövzuları əhatə edirdi. Oyun zamanı uşaqlar əllərini yuxarı qaldıraraq və yazı masasına vuraraq suallara reaksiya verdilər. Bu yanaşma onların həm fiziki aktivliyini təmin etdi, həm də oyunla öyrənməni əyləncəli etdi.

Nəticə:
Şagirdlərdə diqqət, düşünmə sürəti və özünə inam hissi müşahidə edildi. İmtahan həyəcanı ilə bağlı neqativ ifadələr azaldı, uşaqların əksəriyyəti daha rahat və maraqlı şəkildə iştirak etdilər.

Təklif:
Bu tip fəaliyyətlərin imtahan ərəfəsində daha tez-tez təşkili faydalı olar. Gələcəkdə fərdi yanaşma və relaksasiya məşqləri ilə də dəstəkləyici tədbirlər planlaşdırıla bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi