MONİTORİNQLƏ BAĞLI IV SİNFİN MÜƏLLİMLƏRİ MƏLUMATLANDIRILDI

13.05.2025-ci il tarixində 4-cü sinif müəllimləri ilə görüş keçirildi. Görüşün məqsədi Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçiriləcək monitorinq barəsində təlimatla tanış etməkdir.
Təlimata əsasən , 4-cü siniflərdə monitorinq tədris dili və riyaziyyat fənni üzrə aparılacaq. 30 sual tədris dili, 27 sual riyaziyyat fənni üzrə qapalı suallardan və 3 açıq riyazi sualdan ibarət olan monitorinqdə maksimum bal 60 bal hesablanacaq ( hər sual 1 bal ). Monitorinq 150 dəqiqə müddətdə keçiriləcək.
#monitorinq2025 #4cüsinif
#MÜTDA #BŞTİ